Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Tərtərli fermerlərin yetişdirdikləri tinglərdən respublikanın bütün regionlarında meyvə bağlarının salınmasında istifadə edilir.
Qaraağacı kəndi ərazisindəki tingçilik təsərrüfatının rəhbəri Mütalib Qurbanov da müxtəlif növ ağac tingləri yetişdirir. M. Qurbanov bildirib ki, təsərrüfatı yaratmaqda məqsədi daha çox tələbat olan meyvə tinglərini xaricdən gətirib, yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırmaq və çoxaltmaqdır: \"Xaricdən gətirilən meyvə tinglərinin Azərbaycanın torpaq-iqlim şəraitinə uyğunlaşmasını yoxlamaq üçün sınaq bağı yaratmışam. Hər bir ting bar verdikdən sonra onun satışını həyata keçirirəm. Yəni, yeni sortların torpaq-iqlim şəraitinə uyğunlaşması, məhsuldarlığı nəzərə alınır. Hər hansı bir sort Azərbaycan torpaq-iqlim şəraitinə uyğun deyilsə, satışa çıxarmırıq. Məsələn, yerli gilas sortları ilə yanaşı “Napoleon”, \"Romanovka\", \"Sputnik\" sortlarını yetişdiririk. Onların məhsuldarlığı da yüksək olur\".
Mütalib Qurbanov bağ salmaq istəyən fermerlərə tövsiyə də edib: \"Fermerlər ting alarkən təsərrüfat rəhbərləri ilə müqavilə bağlamalı, sertifikat tələb etməlidirlər. Dövlət Aqrar İnkişaf Mərkəzi ilə əlaqə saxlasınlar. Laboratoriyada torpaq analizinin verilməsi də vacibdir. Hansı torpaqda hansı tingin əkilməsi məqbul sayılarsa, o tingləri alsınlar\".
Tingçilik təsərrüfatının rəhbəri dövlətimiz tərəfindən aqrar sahənin inkişafına göstərilən diqqət və qayğıya, o cümlədən tingçiliklə məşğul olan fermerlərə subsidiya verilməsinə görə razılığını ifadə edib. O bildirib ki, subsidiyaların verilməsi yeni sort meyvə tinglərinin respublikamıza gətirilməsinə, tingçiliyin inkişafına təkan verir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024