Kənd Təsərrüfatı Nazirliyində Ümumdünya Kəndli Qadınlar Günü münasibətilə fermer qadınlarla görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, nazirin müşaviri Şəbnəm Məmmədova, Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov iştirak ediblər.
Tədbirdə çıxış edən nazir müavini Seyfəddin Talıbov qadınların kənd təsərrüfatındakı rolunu yüksək qiymətləndirib. Dünyada hər 4 nəfərdən 3-nün kənd yerlərində yaşadığını qeyd edən nazir müavini dünyadakı yoxsulluq həddinin azaldılmasında qadınların rolunun yüksək olduğunu vurğulayıb.
Nazir müavini qeyd edib ki, BMT aqrar sahənin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanda da sözügedən sahə daim dövlətin diqqət mərkəzidədir: “Hazırda respublikada yoxsulluq səviyyəsi çox aşağıdır. Ölkəmizdə yoxsulluq həddi son 15 ildə 10 dəfədən çox azalaraq 4,9 faizə enib. Dünyada ciddi şəkildə narahat doğuran problemlər Azərbaycanda artıq öz aktuallığını itirib. Lakin bu da faktdır ki, dünya üzrə 870 milyondan artıq insan aclıqdan əziyyət çəkir və baş verən çaxnaşma və hərbi qarşıdurmalar bu problemi bir qədər də aktuallaşdırır. Bu səbəbdən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünya ölkələrini bu aktual məsələnin həllinə çağırır”.
Nazir müavini aqrar sahədə çalışan fermer qadınlara ölkə rəhbərliyi tərəfindən yaradılan münbit şəraitdən də söz açıb.
Görüşdə iştirak edən Kənd Təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov fermer qadınların sosial-iqtisadi həyatda oynadığı rol barədə danışıb, iştirakçıları Ümumdünya Kəndli Qadınlar Günü münasibətilə təbrik ediblər.
Tədbirdə iştirak edən fermer qadınlar dövlətimiz tərəfindən onların əməyinə verilən yüksək qiymətdən razılıqlarını ifadə ediblər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024