ADAU-da Prezident sərəncamının icrasına həsr olunmuş toplantı keçirilib
“Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında irəli gələn tədbirlərin icrasına həsr olunmuş toplantı keçirilib.
Toplantıda çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, imzalanan sərəncama əsasən, korpusun tikintisi və avadanlıqlarla təchizatı üçün Kənd Təsərrüfatı Nazirliyinə 14 milyon 245 min manat vəsait ayrılıb. Rektor son üç ildə universitet üçün hər birində 514 tələbənin yaşadığı iki 7 mərtəbəli müasir Tələbə Evinin istifadəyə verildiyini xatırladıb, görülən işləri ölkə rəhbərinin aqrar gəncliyə böyük töhfəsi kimi dəyərləndirib: “Bu il yeni bir texniki peşə məktəbinin də tikintisi üçün vəsait ayrılıb. Son illər dövlət rəhbərinin göstərişlərinə uyğun müasir bir universitetin qurulması faktdir. Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti bütün mənalarda irəlidə gedən universitetlərdən biridir”.
Tədbirdə iştirak edən professor, müəllim və tələbələr universitetə göstərdiyi qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib, aqrar sahənin innovativ inkişafı naminə daha əzmlə çalışacaqlarını bildiriblər.
Toplantıda ölkə Prezidentinə müraciət qəbul olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024