Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov noyabrın 29-da, saat 11:00-da Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
Həmin gün, saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Masallı rayonu və Lənkəran şəhəri, nazir müavini Elçin Zeynalov Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzində Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Astara Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-5525544), Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2871212) Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-9840721) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024