Kənd Təsərrüfatı Nazirlərinin 12-ci Berlin Konfransı öz işinə başlayıb. Sayca 12-ci olan bu mötəbər tədbir Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumun mühüm tərkib hissələrindən biridir. Kənd Təsərrüfatı nazirlərinin görüş platforması sayılan konfrans mühüm beynəlxalq tədbirlərdən sayılır.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirlərinin Berlin Konfransına bu il 72 ölkədən nümayəndə qatılır. Azərbaycanı beynəlxalq tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov təmsil edir. Konfrans Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumunun “Hamı üçün ərzaq: Təhlükəsiz, müxtəlif çeşidli, dayanıqlı ərzaq üçün ticarət et” şüarı altında keçirilir.
Konfransın yekun bəyannaməsində ticarətlə bağlı 4 mühüm qlobal problemin kollektiv şəkildə həllinə kömək göstərmək barədə çağırışlar öz əksini tapacaq. Bu çağırışlar qlobal ərzaq təhlükəsizliyi üçün ticarət aparmaq, ticarəti kənd təsərrüfatının inkişafına yönəltmək, əhatəli, davamlı, təhlükəsiz dəyər zəncirləri yaratmaq, kənd təsərrüfatı məhsullarının ticarətində ədalətli qaydaları təmin etməkdən ibarətdir.
Yekun bəyannamədə əks olunmuş Kənd Təsərrüfatı nazirlərinin ortaq mövqeyi aqrar siyasətə dair beynəlxalq diskussiyalar nəticəsində formalaşıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024