Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov oktyabrın 25-də, saat 11:00-da Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.
Həmin gün, saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Qax Dövlət Aqrar İnkişaf Mərkəzində Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edəcək. Oktyabrın 25-də Zaqatalada planlaşdırılan vətəndaş qəbulunun yeri isə dəyişdirilib. Zaqatala və Balakən rayonlarından olan vətəndaşların Qax Dövlət Aqrar İnkişaf Mərkəzində qəbulu nəzərdə tutulur.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinə (070-2237528) və Qax Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-3610891) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024