https://cabmin.gov.az/az/document/4137/
Nazirlər Kabinetində Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalanıb. Beləki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.
Beynəlxlaq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.
Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? NK-nın qərarı bu suala cavab verir.
Bitkiçilik sahəsində:
ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə
- buğda;
- arpa;
- qarğıdalı;
- kartof;
- şəkər çuğunduru.
İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə
- portağal;
- limon;
- naringi;
- çay;
- tütün;
- çəltik;
- üzüm;
- fındıq;
- pambıq.
Heyvandarlıq sahəsində
Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə -
- 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar
Suda yetişdirilən məhsullar üzrə
Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə
- Balıqların
sığortası təmin ediləcək.
Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və risqin 50%-ni öz üzərinə götürəcək. Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması
- İnvestisiya risqlərini azaldacaq;
- Fermerlərin himayəsini gücləndirəcək;
- İstehsalı genişləndirmək üçün şəraiti təmin edəcək;
- Məşğulluğa müsbət təsir edəcək;
- Sadalanan məhsulların istehsalında artıma səbəb olacaq;
- Bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək;
- Ərzaq təhlükəsizliyinə töhfə verəcək
- Sığorta bazarını gücləndirəcək
Link:https://cabmin.gov.az/az/article/633/
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024