Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb. Konfederasiyanın prezidenti Məmməd Musayev qurumun gördüyü işlər, regionlarda fəaliyyəti, aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatı sektorunun inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Assosiasiyaların inkişafında maraqlı olduqlarını deyən ASK prezidenti bu institutların daha da inkişaf etməsi üçün assosiasiya üzvlərinə müxtəlif təlimlər keçiriləcəyini deyib.
Nazir İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığa önəm verdiyini, bu məqsədlə qurumun tərkibində fermerlər, kooperativlər və assosiasiyalarla iş şöbəsinin yaradıldığını bildirib. Müxtəlif assosiasiyaların üzvləri ilə mütəmadi görüşlər keçirdiyini deyən nazir belə görüşlərin aqrar sahədə mövcud vəziyyətin dəyərləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə aqrar sektorun inkişafına dair müxtəlif təkliflər müzakirə olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024