Kənd təsərrüfatı naziri İnam Kərimov Salyan və Neftçalada pambıq sahələrinə baş çəkib. Salyanda sort sınaq məntəqəsində pambıq sortlarına baxış keçirən nazirə əkilən sortlar barədə məlumat verilib, hər hektardan orta hesabla 40 sentner məhsul gözlənildiyi bildirilib. Sort sınaq məntəqəsində əkilmiş sortların hər birindən nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yoxlama zamanı daha çox lif keyfiyyəti, toxum çıxımı və digər göstəricilər müəyyənləşir, sonra dövlət reyestrinə salınaraq onun toxumçuluğu təşkil olunur. Nazir İnam Kərimov yeni sortların yerli şəraitə uyğunlaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb, tövsiyələrini verib.
Nazir həmçinin Neftçala rayonunda tanınmış pambıqçı Əlibala Səlimovun pambıq sahəsi ilə tanış olub. Pambıqçı bu il 30 hektar sahədə pambıq əkdiyini, əkin zamanı yerli şəraitə uyğun toxumlardan istifadə olunduğunu deyib. Pambıq əkini zamanı digər tanınmış pambıqçıları yarışa çağırdığını xatırladan Əlibala Səlimov qeyd edib ki, bu il hər hektardan ən azı 50 sentner məhsul götürmək niyyətindədir. Nazir İnam Kərimov pambıq sahəsində çalışan kənd sakinləri ilə görüşüb, texnikanın yığıma hazırlıq prosesi ilə maraqlanıb, pambıqçıları maraqlandıran sualları cavablandırıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024