Novruz bayramı ilə əlaqədar paytaxtda kənd təsərrüfatı yarmarkaları təşkil olunur. Şənbə və bazar günləri Bakının 14 ünvanında fəaliyyət göstərəcək yarmarkalarda fermerlər və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaqlar. Satış yarmarkaları üçün ayrılan yerlər müasir standartlara uyğun və qapalı formada təşkil edilib, istehlakçılar və fermerlər üçün daha əlverişli ticarət mühiti yaradılıb, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi təmin olunub. Bakı şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkalarda müxtəlif rayonlardan gətirilən çoxlu çeşiddə məhsullar əhaliyə ucuz qiymətə əhaliyə təklif olunur.
Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək.
Binəqədi rayonu
7-ci mikrorayon, Kunanbayev küçəsi
Xətai rayonu
Məzahir Rüstəmov küçəsinin Sarayevo və Çirvani küçələri ilə kəsişməsi
Qaradağ rayonu
Lökbatan qəsəbəsi, 28 may küçəsi, Olimpiya İdman bazasının qarşısı
Nəsimi rayonu
3-cü mikrorayon, Seyid Cəfər Pişəvəri küçəsi, 2a
Nərimanov rayonu
Fətəli xan Xoyski küçəsi, Qələbə meydanı
Pirallahı rayonu
Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 14 nömrəli evin qarşısındakı qeyri-yaşayış obyekti
Sabunçu rayonu
Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi, 72
Suraxanı rayonu
Qaraçuxur qəsəbəsi, Yeni Günəşli \"V\" yaşayış sahəsi, \"Günəş\" ticarət mərkəzi
Xəzər rayonu
Mərdəkan qəsəbəsi, S. Yesenin küçəsi, döngə 2
Yasamal rayonu
Hüseyn Cavid prospekti, AMEA-nın qarşısındakı park
Nizami rayonu
Cəmşid Naxçıvanski küçəsi, 74, 8-ci kilometr yarmarkası Qara Qarayev prospekti, 55/57 ünvanın qarşısı, \"Orbita\" ticarət mərkəzinin avtomobil dayanacağıSəbail rayonu
Seyran Məmmədov küçəsi, 6 Nizami küçəsi, 154, \"Landmark\" mehmanxanasının yanıYarmarkalar 9 və 10 mart tarixlərində saat 08.00-20.00 aralığında açıq olacaq. AMEA-nın qarşısındakı parkdakı yarmarka martın 21-dək, digər yarmarkalar isə martın 16-dan 21-dək fasiləsiz fəaliyyət göstərəcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024