Niderlandlı ekspert Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinə seminar keçib
Niderlandın HAS Təbii Elmlər Universitetinin 2 tələbəsi beynəlxalq təcrübə proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təcrübə keçiblər. Bu proqram hər iki universitetin tələbələri tərəfindən təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Proqram çərçivəsində Kürdəmir rayonunda ekspermental sahədə birgə istehsalat təcrübəsi aparılıb və təqdiqat layihəsi həyata keçirilib.
Proqram çərçivəsində tələbələr 3-12 dekabr tarixlərində ADAU-da təcrübə keçib və Kürdəmir rayonunda apardıqları tədqiqatlar barədə tələbələrə seminar keçiblər. Seminarda Leonardo Laquidara kənd təsərrüfatına dəstək, Niels Vermue isə Niderlandda qoyunçuluqla bağlı təqdimat edib.
Bundan başqa, Niderlandlı ekspert Hilde Van der Wall Kürdəmirdə eksperimental sahədə təcrübə aparıb, və Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrə “Torpağın üvzi maddəsi” mövzusunda seminar keçib. ADAU-nun 30 tələbəsinin iştirak etdiyi seminarda torpağın üzvi maddəsi, üzvi maddənin formalaşmasına təsir edən amillər barədə ətraflı məlumat verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024