Bu gün ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus və səfirliklərin nümayəndələri “Kənddən şəhərə” layihəsi çərçivəsində təşkil olunan Arıçılıq məhsullarının 20-ci Satış-Sərgi Yarmarkasında olublar. Yarmarkanı ziyarət edən heyətdə Fransa, Çexiya, Tacikistan, Yaponiya, İsveçrə, Gürcüstan, Niderland, Bolqarıstan, Çin, Hindistan, İtaliya, Braziliya, Rusiya, Belarus, Avstriya və Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirlikləri, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Ofisi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri təmsil olunub.
Qonaqların bal yarmarkasına ziyarətinin təşkilində əsas məqsəd yerli arıçılıq məhsullarını tanıtmaq və ölkəmizin bu sahədə olan potensialını nümayiş etdirmək olub. Diplomatik korpus nümayəndələri ölkəmizin müxtəlif regionlarından gəlmiş arıçılarla söhbət edib və arıçılıq məhsullarının dadına baxıblar. Həmçinin, onlara ölkəmizdə arıçılığın tarixi, inkişaf istiqamətləri və bu sahədə həyata keçirilən layihələr barədə məlumatlar verilib.
Xatırladaq ki, Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutur. Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunan yarmarka 18 oktyabr tarixinə qədər davam edəcək. Yarmarkada ümumilikdə 37 rayon və bölgədən 321 arıçı iştirak edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024