Bu ilin yanvar-avqust ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən respublikada 1123 təlim keçirilib. Təlimlərdə 20336 fermer və məhsul istehsalçısı iştirak edib.
Ötən həftə ərzində respublikanın 11 müxtəlif rayonunda 14 təlim keçirilib. Təlimlərə ümümilikdə 212 fermer və məhsul istehsalçısı cəlb olunub.
Təlimlər Aqrar Xidmətlər Agentliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən keçirilib.
Qeyd edək ki, fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssiləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir. Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur. Praktiki məşğələlər bitkiçilik sahələri və heyvandarlıq təsərrüfatlarında keçirilir.
Fəaliyyət Planına uyğun olaraq təlimlərin keçirilməsi davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024