Bu ilin yanvar-iyun ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən respublikanın 60 rayonunda 1011 təlim keçirilib. Təlimlərdə 18731 fermer və məhsul istehsalçısı iştirak edib.
Ötən həftə ərzində respublikanın 26 müxtəlif rayonunda 46 təlim keçirilib. Təlimlərə ümümilikdə 631 fermer və məhsul istehsalçısı cəlb olunub.
Təlimlər Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Quba və Salyan Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin, Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Dövlət Aqrar Universitetinin mütəxəssisləri tərəfindən keçirilib.
Təlimlərdən 41-i təsdiqlənmiş qrafik üzrə baş tutub, 5 təlim isə növbədənkənar keçirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024