Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi özünüməşğulluq proqramına dəstək məqsədilə birgə “Baramaçılığın inkişafına dəstək” layihəsinə başlayır.
20 nəfərin cəlb olunacağı layihə pilot olaraq baramaçılıq üçün əlverişli olan 4 rayonu (Bərdə, Kürdəmir, Yevlax və Şəmkir) əhatə edir.
Layihə iştirakçılarına dair tələblər aşağıdakılardır:
Layihəyə müraciət edən şəxslərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təlimlər keçiriləcək və sonra onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən baramanın saxlanılması üçün kümxana, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə ipəkqurdu toxumu ilə təmin ediləcəklər.
Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu əsas götürüləcək. Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir.
Proqrama müraciət etmək istəyənlər müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə müraciət edə bilərlər.
Layihədə iştirak üçün son müraciət tarixi 25 apreldir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024