Ölkədə tütünçülüyün inkişafı ilə bağlı 2020-ci ilin hədəflərinin müəyyən etmək, mövcud çətinliklər və onların həlli məqsədilə Oğuz və Qax rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov və Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə “Tütün istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, İqtisadiyyat Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, yerli icra hakimiyyəti orqanlarının və digər aidiyyəti qurumların nümayəndələri, tütün istehsalçıları iştirak edib.
Toplantıda Şöhrət Vəkilov və Rafail Quliyev çıxış edərək “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Oğuz və Qax rayonlarında tütün istehsalının artırılması üçün mövcud imkanlarından səmərəli istifadən, toxum, texnika, mineral gübrələrlə təminat, tütünün tədarükü, satışı və emalı ilə bağlı görülən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, tütün istehsalının artırılması üçün yerli istehsalçılar və aidiyyəti qurumların nümayəndələrinin təklifləri mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Oğuz və Qax rayonlarının tütün qəbulu və emalı müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, tütünçülük təsərrüfatlarının ixtisaslaşdırılmış texnikalarla təmin edilməsi, emal müəssisələri ilə mülkiyyətçilər arasında müqavilə şərtləri və digər məsələlər müzakirə edilib. Tütün toxumçuluğunun təşkili üçün müvafiq elmi müəssisələrin fəaliyyətinin gücləndirilməsi, bu sahə üzrə kadrların hazırlanması, innovativ becərmə texnologiyalarının tətbiqinin nümayiş etdirilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı təklif və tövsiyələr dinlənilib, aidiyyəti tabeli qurumlara bu tədbirlərin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024