Oklahoma Dövlət Universiteti (ODU) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında təhsil sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Saziş özündə ABŞ-ın nüfuzlu təhsil müəssisələrindən biri olan ODU ilə ADAU arasında təhsil və tədqiqat sahələrində əməkdaşlığı genişləndirməklə bağlı müddəaları özündə əks etdirir. İmzalanan sənəd Azərbaycanla Oklahoma ştatı arasında illərdir inkişaf edən səmərəli əməkdaşlığın xarakterinə uyğundur.
Hər iki ali təhsil müəssisəsi imzalanan sazişlə öz üzərlərinə bərabər və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq fəaliyyəti ilə bağlı öhdəliklər götürüblər. Bu cür fəaliyyətlər universitetlər arasında mütəxəssis və tədqiqatçı alimlərin mübadiləsini, təlim, tədqiqat, araşdırma sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. ADAU və ODU bu istiqamətdə qarşılıqlı fəaliyyətin həyata keçirilməsində bir-birilərini strateji tərəfdaş olaraq tanıyırlar.
Sazişə əsasən ADAU-nun universitetin məzunları, professor-müəllim heyəti qəbul tələblərinə cavab verdikləri təqdirdə ODU-da təhsil alacaqlar. Bu zaman onlar strateji tərəfdaş olan təhsil müəssisəsinin hüquq və imtiyazlarına sahib olacaq və rezident tələbələrə verilən imtiyazlara sahib olmaq hüququ qazanacaqlar.
Gələcəkdə hər iki universitet tərəfindən müəyyən olunacaq ixtisaslar üzrə ikili diplomların verilməsi məsələsi gündəmdədir və hazırda bu istiqamətdə danışıqlar davam edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024