Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin və “Startap Azərbaycan” tərəfindən həyata keçirilən “AgroX” startap müsabiqəsi ilə bağlı növbəti görüş Gəncə şəhərində keçirilib. Görüş finala çıxan 12 startapçıya sonuncu dəfə mentor dəstəyinin verilməsi və final üçün hazırlanmış təqdimatların qiymətləndirilməsi məqsədilə təşkil olunub.
Oktyabrın 8-də Bakıda “AgroX” innovasiya müsabiqəsinin yekun təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimindən öncə, saat 10:00-12:00-da finala çıxan 12 aqrar startapın yekun qiymətləndirilməsi olacaq və finalçılar müəyyənləşdiriləcək.
Təqdimat mərasimində “AgroX” İnnovasiya Proqramı çərçivəsində görülmüş işlərə yekun vurulacaq, aqrar startaplar arasında keçirilən müsabiqənin nəticələri açıqlanacaq.
Qalib gələn aqrar startapların qısa müddətli təqdimatı keçiriləcək.
Qeyd edək ki, “Agro-X” müsabiqəsinin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviq edilməsi və tətbiqinə, aqrar startapların inkişafına, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024