Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında “Yeni texnologiya ilə əkiləcək pambıq sahəsinə mineral gübrələrin verilməsi və səpinqabağı becərmə işlərinin təşkili” mövzusunda tarla seminarı keçirilib.
Tarla seminarında 10 hektar torpaq sahəsində innovativ Çin texnologiyası ilə nümunəvi pambıq əkini və becərilməsi prosesi nümayiş etdirilib. Sahə nümayişində iştirak edən kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev bölgədə pambıq əkən fermerlərə yeni texnologiyanın üstünlükləri haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, ayrılmış torpaq sahəsində ötən ilin payızında dönər kotanla şumlama aparılıb, fevral ayından başlayaraq sahə lazer mala ilə hamarlanıb, dərin yumşaldıcı ilə 70 sm-ə qədər reperləmə əməliyyatı aparılıb. Sahələrin lazer mala ilə hamarlanması və reperləmə əməliyyatları Ucar və ətraf rayonlarda pambıqçılıqla məşğul olan fermerə nümayiş olunub. Əkin sahəsinə hər hektara 260 kq hesabı ilə şumaltı gübrə, nitroammofoska tətbiq olunub, mineral gübrə torpağın kimyəvi-fiziki xüsusiyyətlərinin yaxşılaşmasına, çıxışdan sonra bitkilərdə güclü kök sisteminin yaranmasına və normal inkişafına münbit şərait yaradıb. Gübrənin sahəyə verilməsindən sonra ağır diskli mala vasitəsi ilə səpinqabağı becərmə işləri yerinə yetirilib.
Tarla seminarında yeni texnologiyanın üstünlükləri əyani nümayiş etdirilib, Çindən gəlmiş mütəxəsislər fermerlərin çoxsaylı suallarını mövcud təcrübə əsasında əhatəli cavablandırıblar.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024