Noyabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 270 min 993 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz çoxdur. Keçən il noyabrın 6-dək 201 min 212 ton pambıq tədarük olunmuşdu.
Bu il Azərbaycanda 100111 hektar ərazidə pambıq əkilib. Saatlı (13741 hektar), Ağcabədi (10452 hektar), Biləsuvar (10257 hektar), Bərdə (10140 hektar), Beyləqan (9706 hektar), Sabirabad (8630 hektar) və İmişli (7492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.
Qeyd edək ki, pambıqçılıq kənd təsərrüfatının yüksək əməktutumluluğu ilə seçilən sahələrindən biridir. Ötən illə müqayisədə 2019-cu ildə 20 rayon üzrə pambıq əkən fermerlərin sayı 2373 nəfər artaraq, 18000 nəfərə çatıb. Pambıqçılığın inkişafı yüngül sənayenin inkişafına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun artmasında da müsbət rol oynayır. Hazırda ölkəmizdə 23 pambıq zavodu, 7 iplik istehsalı fabriki, 3 pambıq yağı istehsalı müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə, pambıqçılığın inkişafı təxminən 200 mindən çox insanın əsas gəlir mənbəyini formalaşdırır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024