Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM) və Özbəkistan Respublikasının Pambığın Seleksiyası, Toxumçuluğu və Becərmə Texnologiyası Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq gücləndirilir. Bu məqsədlə təşkil olunan onlayn iclasda Azərbaycan tərəfdən AEİM, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları, Özbəkistan tərəfdən isə Pambığın Seleksiyası, Toxumçuluğu və Becərmə Texnologiyası Elmi-Tədqiqat İnstitutunun nümayəndələri iştirak edib.
Qeyd olunub ki, pambıqçılıq sahəsində tarixi ənənələrə və zəngin təcrübəyə malik hər iki respublikada pambıqçı fermerlər oxşar çətinliklərlə üzləşir. Belə ki, iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirinin azaldılması üçün quraqlığa və duzadavamlı yeni pambıq sortlarının yaradılması, resurslara daha qənaətcil texnologiyaların yaradılmasına ciddi ehtiyac yaranıb. Tədbir iştirakçıları pambıqçılıq sahəsində ikitərəfli əməkdaşlığın yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumunun ilkin layihəsini müzakirə ediblər.
Bildirilib ki, hər iki institutda olan zəngin genetik materialın mübadilə imkanları əməkdaşlıq üçün əsas yaradır. Belə ki, məhsuldar və yerli şəraitə daha asan adaptasiya olan yeni pambıq sortlarının yaradılmasında bu zəngin materialdan birgə istifadə olunmalıdır.
Tədbirin sonunda birgə əməkdaşlıq çərçivəsində tədbirlərə toxunulub və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024