İnkişaf fazaları: Pambıq sovkası torpağın 4-10 sm dərinliyində pup fazasında qışlayır. Aprelin axırları, may ayının əvvəllərində puplardan kəpənəklər uçmağa başlayır. Oktyabrın axırlarına qədər uçan kəpənəklərə təsadüf edilir. Bir dişi kəpənək 500-3000-ə qədər yumurta qoya bilir. 3-5 gün ərzində yumurtalardan çıxan tırtıllar böyümə zamanı (12-15 gün) 4 yaş mərhələsi keçirir. Pambıq əkinlərində sovka 3 nəsil verir.
Zərəri: Pambıq sovkasının tırtılı, əsasən qönçə, çiçək, qoza başlanğıcı və qozalara zərər vuraraq, məhsulun əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Daxildən yeyilmiş qönçələr tökülür. Zədələnmiş çiçəklərin əksər hissəsi qoza vermir, bəziləri böyümədən qalır, qozalarda lifin keyfiyyəti pisləşir. Pambıqdan başqa, 100 növdən çox yabanı və mədəni bitki ilə qidalanır.
Aqrotexniki mübarizə:
Bioloji mübarizə:
Faydalı həşəratların əldə olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin müvafiq Regional Mərkəzlərinə müraciət edə bilərsiniz.
Kimyəvi mübarizə:
Pambığın zərərverici və xəstəliklərinə, o cümlədən pambıq sovkasına qarşı effektiv mübarizənin aparılması məqsədilə Aqrar Xidmətlər Agentliyinin Regional Bitki Mühafizə Mərkəzlərinə müraciət olunması tövsiyə olunur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024