İyun ayının əvvəlindən etibarən respublikanın bir çox pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizə üsulu kimi trixoqramma və habrobrakondan geniş ərazilərdə istifadəyə hazırlıq işlərinə start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Kürdəmir, Salyan, Cəlilabad, Neftçala, Ağdam Ağcabədi Füzuli, Yevlax və digər rayonlarda pambıq sovkasına qarşı bioloji mübarizənin aparılması nəzərdə tutulub.
Belə ki, iyun ayından başlayaraq Aqrar Xidmətlər Agentliyinin Abşeron Rayonlararası Bioloji laboratoriyasının dəstəyi ilə Kürdəmir rayonu ərazisində əkilmiş 2809 hektar pambıq sahəsinin 488 hektarında, Salyan rayonu ərazisində əkilmiş 4788 hektar pambıq sahəsinin 300 hektarında, Cəlilabad rayonu ərazisində əkilmiş 507 hektarın 150 hektarında, Neftçala rayonu ərazisində əkilmiş 5089 hektar pambıq sahəsinin 350 hektarında, Ağcabədi rayonu ərazisində əkilmiş 10432 hektar pambıq sahəsinin 325 hektarında, Yevlax rayonu ərazisində əkilmiş 2400 hektar pambıq sahəsinin 100 hektarında, Füzuli rayonu ərazisində əkilmiş 800 hektar pambıq sahəsinin 75 hektarında tırtılların əmələ gəldiyi, sovkanın yayıldığı sahələri müəyyən etmək məqsədi ilə feromon tutucuları yerləşdirilib. Tutucuların paylanmasının əsas məqsədi rayonlarda pambıq sovkasına qarşı bioloyi mübarizə tədbirlərinin düzgün təşkil edilməsi və qısa müddət ərzində həmin zərərvericilərin məhv edilməsidir.
Hazırda pambıqçılıq rayonlarının pambıq sahələrində feromon tutucuların yerləşdirilməsi prosesi davam etdirilir.
Qeyd edək ki, pambıq sahələrində zərərvericilərin çoxalmasının qarşısını almaq üçün aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərindən kompleks formada istifadə edilməlidir. Zərərvericilərin normal qidalanmasını və onların çoxalmasını təmin edən yabanı bitkilər pambıq sahəsi və kənarlarından vaxtında təmizlənməli, əkinlərə yüksək səviyyədə qulluq edilməlidir. Kultivasiya, suvarma, alaqdan təmizləmə, üzvi və mineral gübrələrdən düzgün istifadə, uc vurma əməliyyatının aparılması yüksək məhsul əldə edilməsinə zəmin yaradır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024