Fermerlərə güzəştli mikrokreditlər vermək üçün PAŞA Holding Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) 5 milyon manat vəsait ianə edib. Bununla Holdinq Azərbaycan Respublikası Prezidentinin koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək etmək məqsədilə atdığı addımı dəstəklədiyini nümayiş etdirib. Ölkə başçısı 14 aprel 2020-ci il tarixli Sərəncamı ilə koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatı üçün 30 milyon manat vəsait ayırıb.
Ayrılan vəsait fermerlərə 15 min manatadək məbləğli mikrokreditlərin verilməsinə yönələcək. 3 il müddətinə 12 ay güzəştlə verilən kreditlər bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün nəzərdə tutulub.
Holdinqin ianə etdiyi vəsaitdən kənd yerlərində 1000-ə yaxın fermer ailəsinin faydalanacağı planlaşdırılıb.
Kreditlər fermerlərə AKİA-nın müvəkkil kredit təşkilatları vasitəsilə veriləcək. “İmzaladığımız sazişə görə PAŞA Holding-in bizə ayırdığı vəsait yalnız PAŞA Holding-ə aid olmayan müvəkkil kredit təşkilatlarımız vasitəsilə fermerlərə veriləcək. Bu razılaşma Holdinqin fermerlərlə yanaşı, həm də bank sektoruna dəstəyidir. Vəsait revolver, yəni geri qayıdan olduğu üçün ilkin mərhələdə nəzərdə tutulduğundan daha çox ailə-fermer təsərrüfatı ondan faydalanacaq”, - AKİA sədri Mirzə Əliyev belə deyib.
"Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının inkişafı üçün vacib olan istiqamətlərdən biridir. Bu sahə bizim hər zaman gündəliyimizdə olan fəaliyyət sahəsidir. Məhz buna görə də Holdinqimiz belə bir düşünülmüş sosial məsuliyyət addımı atıb. Əminik ki, ölkədə digər iri holdinq və şirkətlər də kiçik fermer təsərrüfatlarına dəstək çağırışına qoşulacaqlar”, - PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov bu fikirdədir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024