“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə payızlıq əkinlərin yemləmə dövrü üçün mineral gübrələrin səyyar satışı başa çatıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı fermerlərin sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısın almaq, kiçik pay torpaqlarında əkilən sahələrdə mineral gübrələrin tətbiqini artırmaq, məhsuldarlığın artımına dəstək olmaqdır.
Səhmdar Cəmiyyət hər gün paralel olaraq 10-15 qrup olmaqla, 1190 müxtəlif kənd və qəsəbə üzrə 2000-ə yaxın səyyar satış xidməti həyata keçirib. Səyyar xidmətlərdən 8000-ə yaxın vətəndaş yararlanıb. Ümumilikdə səyyar satış zamanı 5000 tona yaxın mineral gübrə satılıb.
Payızlıq əkin sahələrinin gübrələnməsi üçün səyyar xidmətlər Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax, Şabran, Masallı, Zaqatala, Qax, Oğuz, Qəbələ, Beyləqan, Füzuli, Saatlı, İmişli, Zərdab, Balakən, Ağcabədi, Sabirabad, Salyan və Ağdaş rayonlarını əhatə edib.
ASC tərəfindən payızlıq əkinlər üçün sentyabr ayından başlayaraq əkinlərin birinci mərhələsində istifadə edilən şumaltı-fosforlu gübrələrin səyyar satışı dekabr ayınadək davam etdirilib. Əkinlərin azotlu gübrələrlə yemləmə dövründə isə fevral ayından etibarən səyyar satışlar həyata keçirilib. Ümumilikdə, payızlıq əkinləri üçün bitkilərin gübrələnməsi dövründə Səhmdar Cəmiyyət tərəfindən 15 300 ton mineral gübrə satılıb.
Payızlıq əkinlərdə artıq gübrələmə mövsümü yekunlaşsa da, yazlıq əkinlər üçün gübrələmə davam edir. Bununla əlaqədar olaraq Səhmdar Cəmiyyət yazlıq əkinlər üçün ikinci mərhələ səyyar satışlara başlayıb. Fermerlər səyyar satışlardan yararlanmaq üçün mineral gübrəyə olan tələbatlarını Səhmdar Cəmiyyətin 1659 Satış Mərkəzinə müraciət etməklə bildirə bilərlər.
Qeyd edək ki, səyyar gübrə satışları Azərbaycan Respublikası Prezidentinin 12 mart 2021-ci il tarixli 759 nömrəli Fərmanı ilə müəyyən edilmiş subsidiya qaydalarına uyğun həyata keçirilir. Yəni, fermerlər sadəcə fermer kartı təqdim etməklə, əlavə heç bir vəsait ödəmədən istədiyi mineral gübrəni əldə edə biliblər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024