2020-2021-ci il payız əkinləri üzrə subsidiya müraciəti üçün fermerlərdən əkin bəyanlarının qəbulu prosesi davam edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi əkin bəyanlarının düzgün və vaxtında təqdim edilməsi üçün regionlarda fermerlər arasında maarifləndirmə aparır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) əməkdaşları Biləsuvar, Cəlilabad, Masallı rayonunda əkinçi fermerlərlə görüşüblər. Görüşdə bildirilib ki, yüksək məhsuldarlıq və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında fermerlərin üzərinə böyük məsuliyyət düşür. Dövlətin hər zaman fermerlərin yanında olduğunu vurğulayan AKİA əməkdaşları kənd təsərrüfatı məhsulları istehsalçılarını maraqlandıran suallara aydınlıq gətiriblər.
Fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməyin qaydaları, payızlıq əkinlərin vaxtında və düzgün bəyan edilməsi üçün lazım olan addımlar ətraflı izah edilib.
Qeyd edək ki, 2020-ci ildən başlayaraq fermerlərin aqrar subsidiyalar üçün müraciətləri elektron sistem üzərindən qəbul edilir və vəsaitlər “Fermer Kartı”na köçürülür.
Payız əkinləri üçün bəyanlar noyabrın 30-dək qəbul ediləcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024