Qobustan və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlər üçün “Payızlıq taxıl səpinində zəruri aqrotexniki tədbirlər” mövzusunda təlimlər keçirilib.
Təlimi Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov keçib.
Təlimdə iştirak edən Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsənağa Hüseynov və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Muradlı aqrar sahədə aparılan islahatlar haqqında fermerlərə məlumat veriblər. Bildirilib ki, bu təlimlər fermerlərin taxıl səpinində zəruri aqrotexniki tədbirlər haqqında biliklərinin artırılmasına xidmət edir.
Təlimçi Atabəy Cahangirov qara herik, paxlalı bitkilər və taxıl əkinindən sonra payızlıq taxıl səpini aparmaq üçün fərqli torpaq becərməsi işlərini nəzəri olaraq əsaslandırmaqla həyata keçirilmə yollarını ətraflı şərh edib. Təlimçi şum altına və ya səpinlə birlikdə verilməsi lazım olan makrogübrələr haqqında ətraflı məlumat verib və onların miqdarının hesablanmasını izah edib. Bununla yanaşı, təlimdə səpin üçün taxıl sortunun seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması məsələlərinə aydınlıq gətirilib.
Qobustan və Şamaxıdan olan fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024