Cari ilin 27 aprel tarixində Qax Damazlıq İpəkçilik Stansiyasında tut ipəkqurdu toxumlarının kümçülərə paylanmasına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cari ildə Çin Xalq Pespublikasından müqavilə əsasında 13000 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları alınıb və Respublikamızın İqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib.
Belə ki, cari ilin 17 aprel tarixində ilkin mərhələdə 7000 (yeddi min) qutu yüksək keyfiyyətli hibrid
ipəkqurdunun toxumları (qrena) gətirilərək Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub və 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edilərək 27-28 aprel tarixlərində bölgü əsasında respublikanın 22 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanması həyata keçirilib.
Həmçinin Stansiyadan ipəkqurdlarını təhvil alan rayonların nümayən- dələrinə barama istehsalı texnologiyasına dair video-tövsiyə, buklet və məlumat kitabçaları verilib.
Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının qalan hissəsi isə mayın 3 və 4-də dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılacaqdır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024