Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) “Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim seminarı keçirilib.
Təlimi Qobustan BTS-nin direktoru Atabəy Cahangirov keçirib. Tədbirdə Qobustan rayonunda əkinçiliklə məşğul olan 30 nəfər fermer iştirak edib. Təlim zamanı iştirakçılara dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işləri, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar göstərilən aqrotexniki qulluqlar barədə məlumatlar verilib.
Bundan başqa, müxtəlif ekoloji mənşəli və yerli buğda sortlarına, eləcə də stansiyanın sahəsində çıxarılmış qara herik şumuna baxış keçirilərək herikdən sonra görüləcək işlər haqqında müzakirələr aparılıb.
Təlim zamanı fermerlərin sualları ətraflı cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024