Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) Qobustan bölgə təcrübə stansiyasında “Yeni taxıl sortlarının və texnologiyaların tətbiqində özəl taxılçılıq təsərrüfatları ilə əməkdaşlıq” mövzusunda tədbir keçirilib. Kənd təsərrüfatı naziri İnam Kərimovun iştirak etdiyi tədbirə ölkənin aparıcı taxıl toxumçuluğu müəssisələrinin rəhbərləri, toxumçu fermerlər qatılıblar.
Tədbirdə bölgə təcrübə stansiyasında becərilən yeni taxıl sortları nümayiş olunub, şirkətlər tərəfindən yerli və xarici sortların müqayisəli dəyərləndirilməsi aparılıb. Fermerlərə dəmyə və suvarılan torpaqlarda becərilməsi məqbul sayılan sortlar barədə məlumat verilib. Ümumilikdə stansiya ərazisində 70-dək müxtəlif yerli və xarici taxıl toxumlarının sınaq əkinləri aparılır.
Açıq səma altında keçirilən tədbirdə Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov “Taxıl istehsalında yeni sortların və innovativ texnologiyaların rolu”, Qobustan bölgə təcrübə stansiyasının direktoru Atabəy Cahangirov “Yeni taxıl sortları və toxumçuluğun təşkili” mövzusunda çıxış edib, toxumçu fermerlərin suallarını cavablandırıblar. Müzakirələrdə əkin materialı kimi sertfikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu və digər mövzularda fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Əkinçilik ETİ ilə özəl toxumçuluq təsərrüfatları arasında əməkdaşlıq memorandumu imzalanıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024