Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi” xəstəliyi ilə bağlı keçirilən monitorinqi davam etdirir. Milli qoruq və parklarda, quşçuluq və fərdi təsərrüfatlarda “quş qripi” xəstəliyinə görə aparılması nəzərdə tutulan növbəti monitorinqə fevralın 25-dən başlanılıb. Monitorinq Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə keçirilir.
Tədbirin fevralın 25-dən martın 1-dək köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağ göl Milli Parkında və Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.
Artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş seçmə üsulla ovlanmış köçəri quşlardan patoloji material, həmçinin Abşeron rayonundakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 50 baş ev quşundan qan nümunələri götürüblər.
Köçəri quşlar üzrə monitorinq aparılan ərazidə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də nümunə götürülən təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəliyə rast gəlinməyib.
Götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.
Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024