Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində meyvə bağlarında “Zərərvericilərin inteqrir idarə olunması” üzrə təlim keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunan təlimdə fermerlər və fermerlərə məsləhət xidməti göstərən mütəxəssislər iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Ələddin Eyvazov təlimin keçirilməsini müşahidə edib. Ələddin Eyvazov bu tip innovativ təlimlərin həm fermerlər, həm də mütəxəssislər üçün faydalı olduğunu bildirib. AEİMM-in əsas fəaliyyət istiqamətlərindən birinin məsləhət xidməti olduğunu qeyd edən direktor alim və mütəxəssislərin qarşısına yeni tələblər qoyulduğunu qeyd edib. “Aqrar elm aqrar təsərrüfatların inkişafına xidmət göstərməlidir” – direktor deyib.
Daha sonra təlim iştirakçıları ilə birlikdə sahə nümayişinə çıxan AEİMM direktoru yeni salınmış intensiv meyvə bağları ilə tanış olub, alimlərin sahə fəaliyyətləri ilə maraqlanıb. Qeyd olunub ki, hazırda ölkə üzrə ən innovativ bağ sahələri məhz Quba RAEİMM-ə məxsusdur. Bu da gələcəkdə mövcud təcrübəni özəl fermer təsərrüfatlarına da genişləndirmək imkanı verir. Mütəxəssislər yetişdirdikləri meyvə tinglərini də nümayiş etdiriblər. Görüşdə köhnə - istifadə müddətini başa vurmuş bağ sahələrinin yeniləri ilə əvəzlənməsinin lazım olduğu fikri səsləndirilib.
AEİMM direktoru Ələddin Eyvazov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriya binası ilə də tanış olub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024