Qubada İngiltərə mənşəli çiyələk sortları əkilən sahələrdə yüksək məhsuldarlıq əldə olunub.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda İngiltərə şirkəti ilə əməkdaşlıq çərçivəsində giləmeyvə bitkiləri üzrə yeni layihə icra olunur. Layihənin əsas məqsədi ölkəmizdə İngiltərə mənşəli çiyələk sortlarının yetişdirilməsi və yeni texnologiyanın tətbiqindən ibarətdir.
İnstitut tərəfindən çiyələk bitkisinin 5 sortu ölkəmizə introduksiya edilib və onlar üzərində tədqiqat işləri aparılır. Hazırda “Kupid”, “Fenella”, “Kristin”, “Flomenko” və “Florens” sortları mütəxəssislər tərəfindən müşahidə olunur.
İngiltərə mənşəli çiyələk sortlarının yüksək məhsuldarlığa malik olması fermerləri giləmeyvənin bu növünü becərməyə sövq edir.
Yeni texnologiyaya əsasən çiyələk bitkisi tirə üsulu ilə əkilir. Bitkilər tirə üzərində 0,8x0,35 metr sxemində əkilir və damla suvama sistemindən istifadə olunur. Tirələr təxminən 10-15 santimetr hündürlükdə olur. Çiyələk bitkisinin bu üsulla əkilməsi torpağın rütubətini artırır və qışda şaxtalar zamanı bitkinin köklərinin donmasının qarşısını alır.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024