Qubada “Heyvandarlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilib. Kənd Təsərrqfatı Nazirliyi və Quba rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə nazirliyin rəsmi şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, fermerlər, ailə-kəndli təsərrüfat sahibləri, süni mayalanma mütəxəssisləri, zozotexnik və baytar həkimlər, istehsal və emal müəssisələrinin nümayəndələri qatılıblar.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova “Heyvandarlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr”, Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ramiq Abbasov “Heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, heyvanlar arasında süni mayalanmalının təşkili, seçmə və taylaşdırma”, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova “Heyvanların sağlamlığının qorunması sahəsində dövlət dəstəyi, fermer və sahibkarların vəzifə və öhdəlikləri” mövzularında məruzə ediblər.
Müşavirədə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri bölgədə heyvandarlığın mövcud durumu barədə geniş məlumat veriblər. Tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb, heyvandarlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024