Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisində tarla şəraitində “Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilib.
Təlimdə taxılçılıqla məşğul olan 22 fermer iştirak edib. Təlimdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rasib Zeynalov dənli və dənli-paxlalı bitkilərin əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki qaydalara əməl edilməsinin məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri, üzvi və mineral gübrələrin əhəmiyyəti, torpağın qida maddələri ilə təmin olunmasından asılı olaraq veriləcək gübrə normalarının müəyyənləşdirilməsi və onların verilmə qaydaları barədə geniş məlumat verib.
Eyni zamanda, təlim iştirakçılarına məhsul yığımının vaxtında, itkisiz yerinə yetirilməsi üçün təhlükəsizlik qaydalarına əməl olunması tövsiyə olunub.
Təlim çərçivəsində fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024