Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Quşçuluqda innovativ yanaşma” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda müxtəlif bölgələrdə fəaliyyət göstərən kiçik və iri quşçuluq təsərrüfatlarının nümayəndələri, fermerlər, Azərbaycan Dövləq Aqrar Universitetinin tələbləri, elmi-tədqiqat müəssisələrinin əməkdaşları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev son illər aqrar sahədə aparılan islahatlara toxunaraq bildirib ki, əhalinin ət və ət məhsullarına olan təlabatının ödənilməsi sahəsində intensiv metodların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, müasir dünya təcrübəsinə əsaslanaraq qapalı və yarımqapalı quşçuluğun heyvandarlığın yeni bir sahəsi kimi inkişaf etdirilməsi günün tələbidir. Hazırda respublikamızda bütün təsərrüfat kateqoriyaları üzrə quşların baş sayı 30 milyon 473 mini, yumurta istehsalı isə 1 milyard 676 milyon ədədi ötüb. Əhalinin quş əti ilə özünü təminetmə səviyyəsi xeyli yüksəlib. Bildirilib ki, quşçuluğun bundan sonra davamlı inkişafı məqsədilə elmi seleksiya işlərinin aparılması vacib istiqamətlərdəndir.
Türkiyə Respublikasının İğdır Universitetinin əməkdaşı Mete Türkoğlu çöl və ev quşları arasında identifikasiya sisteminin qurulması, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri Sevil Abbasquliyeva quşçuluqda innovativ yanaşmanın məhsuldarlığa təsiri, Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının aparıcı elmi işçisi Şahmar Məmmədov ətlik istiqamətli toyuqlarda valideyn sürülərinin yetişdirilməsində innovativ texnologiyaların tətbiqi haqqında təqdimatla çıxış ediblər. ADAU-nun professoru Arif Tağıyev seminar iştirakçılarına quşçuluğun yeni bir istiqaməti kimi bildirçin təsərrüfatlarının iqtisadi əhəmiyyəti haqqında məlumatlar verib. “Mərcan Broyler” MMC-nin baytar həkimi Rüstəm Qasımov qapalı rejimlərdə bəslənən quşlar arasında xəstəliklərə qarşı mübarizə metodları, “Müsüslü Quşçuluq” MMC-nin direktoru Qiyas Hacıyev ixtisaslı kadrların hazırlanmasının vacibliyini vurğulayıb.
Seminar çərçivəsində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yeni istifadə verilmiş yem və süd analizi laboratoriyalarına baxış keçirilib, müasir avadanlıqların iş mexanizmi iştirakçılara izah olunub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024