“İyul ayında Bakıya səfərimiz çərçivəsində bir neçə fransız şirkəti ilə birlikdə Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovla görüşdük, əməkdaşlıqla bağlı fikir mübadiləsi apardıq. Bu gün Kənd Təsərrüfat nazirinin rəhbərlik etdiyi və fermerlərdən ibarət böyük bir nümayəndə heyətini Klermon-Ferran beynəlxalq heyvandarlıq sərgisində görməkdən çox şadıq”.
Bunu Klermon-Ferran şəhərində keçirilən “Sommet de l’elevage” (“Heyvandarlıq zirvəsi”) beynəlxalq heyvandarlıq sərgisində kənd təsərrüfatı sahəsində qida məhsulları və texnikalarının beynəlxalq mübadiləsinin inkişafı üzrə ən böyük assosiasiyanın (ADEPTA) Qafqaz üzrə rəhbəri Raşölin Levi söyləyib.
“Ümid edirəm ki, təkliflərimiz əsasında Azərbaycanla konstruktiv əməkdaşlıq əlaqələri yaradacağıq. Biz Azərbaycanla tərəfdaşlıqda maraqlıyıq”, - deyə R.Levi diqqətə çatdırıb.
O vurğulayıb ki, Fransa Kənd Təsərrüfatı, Aqroərzaq və Meşəçilik Nazirliyi nəzdində yaradılmış ADEPTA ixtisaslaşmış fransız şirkətlərini birləşdirir, beynəlxalq səviyyədə aqroərzaq məhsulları və texnikalarının mübadiləsinin inkişafını təmin edir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024