Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
İyunun 7-nə olan operativ məlumata görə, ölkə ərazisində 120963,5 hektar ərazidə taxıl biçini aparılıb, 119001,5 hektar ərazidə arpa, 1962 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 351958,7 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.
Kürdəmir rayonunda 29926 hektar arpa sahəsinin 26937 hektarı artıq biçilib. Neftçalada 21590 hektar, Biləsuvarda 10360 hektar, Sabirabadda 6136 hektar, Cəlilabadda 3620 hektar, sahədə arpa biçini yekunlaşıb. Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024