“Azərbaycan fermerlərini ölkəmizdə beynəlxalq heyvandarlıq sərgisində görməkdən çox şadıq. Azərbaycanın Kənd Təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin sərgimizə qatılması bizim üçün böyük fəxrdir”.
Bunu Fransanın Klermon-Ferran şəhərində keçirilən “Sommet de l’elevage” adlı (“Heyvandarlıq zirvəsi”) beynəlxalq heyvandarlıq sərgisinin təsisçisi Roje Blan söyləyib.
O bildirib ki, Kənd Təsərrüfatı nazirinin rəhbərliyi ilə azərbaycanlı fermerlərin belə beynəlxalq sərgiyə qatılması ölkəmizdə aqrar sahənin, xüsusilə də heyvandarlığın inkişafına olan diqqətin təcəssümüdür.
R.Blan beynəlxalq heyvandarlıq sərgisinin yeni innovasiyalarla, texnologiyalarla, xüsusilə də yeni heyvan cinsləri ilə tanış olmağa imkan yaratdığını diqqətə çatdırıb. Qeyd edib ki, sərgi ticarət əlaqələrinin yaranması üçün istehsalçılar, sərmayəçilər və fermerləri bir araya gətirir və onların birbaşa görüşlərinə, yeni texnologiya və texnika ilə yerindəcə tanış olmalarına şərait yaradır.
“İnanırıq ki, bu sərgi kənd təsərrüfatı sahəsində Azərbaycan və Fransa arasındakı əməkdaşlığa, eləcə də ölkələrimizin şirkətlərinin və fermerlərinin qarşılıqlı əlaqələr qurmasına təkan verəcək”, - deyə R.Blan vurğulayıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024