Saatlıda Türkiyə sortu kimi tanınan “Eşmə” heyva növü yetişdiriləcək. Artıq bağın müəyyən hissəsində tinglər əkilib. Bağ innovativ üsulla becəriləcək.
AZƏRTAC xəbər verir ki, Saatlıda ilk dəfə olaraq Türkiyədən gətirilən heyva tinglərindən bağın salınmasına başlanılıb. Bağ üçün rayonun Qaralar kəndi ərazisində 25 hektar ərazi ayrılıb.
Təsərrüfat sahibi Ələsgər Əhmədov bildirir ki, intensiv bağın salınması üçün əvvəlcə torpaqdan analiz götürülüb və bağın tirə üsulu ilə əkilməsinə qərar verilib. Məqsəd isə ağac köklərinin qrunt sularından qorunmasıdır. Bağda 50 min ədəd “Eşmə” sortundan olan ting əkiləcək.
Bağın barvermə qabiliyyəti 2-ci ildən başlayacaq. Hər ağac əvvəlcə 6-8 kiloqram meyvə verə biləcək. Məhsuldarlıq ağacların üç yaşında hər ağacda 10-20 kiloqrama, sonrakı illərdə isə 30-40 kiloqrama çatacaq və ondan da çox olacaq. Bağın barvermə müddəti isə 30-40 ilə bərabərdir.
Yüksək məhsul götürmək üçün öncədən də bir çox aqrotexniki işlər yerinə yetirilib. Bağban İsmayıl Ağayev söyləyir ki, əkin işlərinə qədər sahədə şum və mala işləri görülüb. Eyni zamanda, tirələr çəkilərək ting üçün quyular qazılıb. Artıq tinglərin üçdəbir hissəsi əkilib. “Eşmə” sortu yerli heyvadan bir çox xüsusiyyətləri ilə seçilir, dadlı və yumşaq olur.
Bağın salınması, eyni zamanda, əlavə iş yerinin də açılmasına şərait yaradacaq. Hazırda əkin işləri ilə 100-ə yaxın kənd sakini məşğul olur.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024