Sabirabad və Saatlı, Salyan və Neftçala rayonlarında “Yem bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilib. Təlimdə bu rayonlarda yemçiliklə məşğul olan fermer, sahibkar və kənd təsərrüfatı mütəxəssisləri iştirak edib.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva təlim iştirakçılarına respublikada heyvandarlığın inkişafında yem bazasının yaradılmasının zəruriliyi, bu sahədə yaşıl konveyerin rolu barədə məlumat verib.
Təlimçi Sevil Abbasquliyeva yem bitkiləri və onlardan keyfiyyətli məhsul alınmasında aqrotexniki qulluq işləri, üzvi və mineral gübrələrin əhəmiyyəti, torpağın qida maddələri ilə zənginləşdirilməsində paxlalı yem bitkilərinin rolu və heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün tarla yemçiliyinin imkanları barədə geniş məruzə edib.
Təlimdə heyvandarlığın inkişafında əsas amillərdən biri olan silos, senaj, vitaminləşdirilmiş ot unu və digər yemlərdən də bəhs edilib. Təlimdə əyani vəsait kimi slayd materiallarından istifadə edilib.
Təlim çərçivəsində fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024