Sabirabad və Saatlı rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzində və tarla şəraitində “Bostan bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda növbəti təlim keçirilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin bağçılıq kafedrasının dosent əvəzi Fəqan Ağayev, bitkiçilik və bitki mühafizəsi kafedrasının dosent əvəzi Aytəkin Məmmədova, ümumi əkinçilik, genetika və seleksiya kafedrasının assistenti Dünya İsayeva təlim iştirakçılarına bostan bitkilərinin əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki qaydalara əməl edilməsinin məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri, üzvi və mineral gübrələrin əhəmiyyəti, torpağın qida maddələri ilə təmin olunmasından asılı olaraq veriləcək gübrə normalarının müəyyənləşdirilməsi və onların verilmə qaydaları barədə geniş məlumat verib.
Eyni zamanda, təlim iştirakçılarına məhsul yığımının vaxtında, itkisiz yerinə yetirilməsi üçün təhlükəsizlik qaydalarına əməl olunması tövsiyə olunub.
Təlimdə mövzu ətrafında müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024