Salyan rayonunun Marışlı kəndində “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda quşçuluqla məşğul olan fermerlərə praktiki təlim keçirilib. Təlimdə 12 fermer iştirak edib.
Təlim Aqrar Xidmətlər Agentliyinin Salyan Rayon Baytarlıq İdarəsinin rəisi Ramil Əmrahov tərəfindən aparılıb. Quşçuluğun əhəmiyyəti barədə məlumat verən təlimçi quş ətinin və yumurtasının insanlar üçün əsas qida məhsulları olduğunu qeyd edib.
Təlimdə quşlar arasında baş verən infeksion xəstəliklər barədə məlumat verilib. Bildirilib ki, quşçuluğa ən çox zərər verən infeksion xəstəliklərdən biri də nyukasl xəstəliyidir. Nyukasl xəstəliyi toyuq cinsindən olan quşlar arasında kütləvi ölümə səbəb olur. Bu xəstəlikdən ev quşlarını qorumağın ən etibarlı yolu vaxtında peyvəndləmə aparılmasıdır. Belə ki, 1-2 həftəlik cücələr “La-sota”, 2 aylıqdan yuxarı olan quşlar isə “H” vaksini ilə peyvənd olunmalıdır.
Tədbirdə Ramil Əmrahov daha sonra quşların çiçək xəstəliyi haqqında danışıb. Bildirib ki, çiçək virus mənşəli xəstəlikdir. Bu xəstəlik ev quşları arasında müəyyən tələfata və məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Çiçək xəstəliyinin klinik əlamətləri, yoluxma yolları və xəstəlikdən qorunma yolları haqqında məlumat verilib. Xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğu vurğulanıb.
Həmçinin, təlimdə fermerlərə bildirilib ki, peyvəndləmə mütləq baytar həkimlər tərəfindən aparılmalı, eyni zamanda ev quşlarını xəstəliklərdən qorumaq üçün baytarlıq-sanitariya normalarına əməl olunmalıdır.
Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024