Salyan rayonunun Şorsulu kəndində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə pilot layihənin hazırlanmasına dəstək” layihəsi üzrə icma inkişafına dair 2-ci seminar baş tutub. Layihə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.
Seminarda layihənin beynəlxalq və milli məsləhətçilər qrupunun, Kənd Təsərrüfatı Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şorsulu bələdiyyəsinin üzvləri və kənd sakinləri iştirak ediblər. İştirakçılara layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübəsi barədə məlumatlar verilib. Daha sonra layihə çərçivəsində Şorsuluda 600 fermer arasında keçirilmiş müsahibənin nəticələri əsasında tərtib olunan “Torpaqlardan səmərəli istifadənin təşkilinə dair yerquruluşu layihəsi” və “İcma İnkişafına dair” planın təqdimatı keçirilib. Seminarın sonunda layihə ekspertləri torpaq mülkiyyətçilərini maraqlandıran sualları cavablandırıb, onların rəy və təkliflərini dinləyiblər.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024