Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Şamaxı Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasında “Mərəndi və Mədrəsə üzüm populyasiyasının irsi xüsusiyyətlərinin öyrənilməsi, məhsuldar, keyfiyyətli, biotik amillərə davamlı klon formalarının seçilməsi və artırılması” mövzusunda tədqiqat işləri, onların artırılması məqsədilə yeni üzüm bağlarının salınması işləri davam etdirilir.
Belə ki, Mədrəsə və Şamaxı mərəndisi sortlarının bioloji, genetik baxımdan təmiz formalarının seçilib artırılması, gələcəkdə fillokseraya davamlı calaq ting istehsalı üçün calaqüstü materialların istehsalı məqsədilə aprobasiya aparılmış və cubuq tədarük olunmuşdur. Hazırda Şamaxı Təcrübə Stansiyasında Mədrəsə üzüm sortundan 35 min ədəd bioloji təmiz çubuq tədarük olunmuş və ondan 1,5 hektar sahədə üzüm bağı və 1 hektarda tinglik salınmışdır. Bununla yanaşı, təcrübə təsərrüfatında yeni yaradılmış və dövlət reysterinə daxil edilmiş “Şamaxı hədiyyəsi” sortunun da seleksiya, qiymətləndirilmə və çoxaldılma işləri davam etdirilir. Təsərrüfatın əməkdaşları tərəfindən Mədrəsə sortunun inkişafı məqsədi ilə bölgənin torpaq-iqlim şəraiti, becərmə, texnika və texnologiyaların xüsusiyyətləri nəzərə alınaraq bağ 3,0 x 1,5 m əkin sxemi ilə əkilmişdir.
Mədrəsə sortundan salınan üzüm bağından gələcəkdə fillokseraya davamlı calaq-əkin materialının istehsalı üçün çubuq tədarükü nəzərdə tutulur. İstehsal olunan tinglər isə fermerlərə tövsiyə olunacaq.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024