Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən regionlarda yaşayan fermerlərin maarifləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir. İnstitutun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının təşəbbüsü ilə Samux rayonunda fermerlər üçün sahə nümayişi keçirilib.
“Üzüm bağlarında payız-qış mövsümündə aparılan işlərin ardıcıllığı, üzümaltı torpaqların becərilmə qaydaları, quru budama” mövzusunda sahə təlimi keçirilib. Təlimdə stansiyasının direktoru Mehman İsmayılov və “Üzümun emalı” laboratoriyasının müdiri Əsgər Əliyev fermerlərə üzüm bağlarında aqrotexniki qulluq işlərini əyani nümayiş etdiriblər.
Açıq tarla şəraitində aqrotexniki qulluq işləri, cərgəarası əkinlər, məhsul yığımından sonra bağlarda suvarılmanın vaxtında aparılması və üzümlükdə məhsulun artırılması məqsədilə quru budamanın üstünlükləri barədə fermerlərlərə məlumat verilib və onların sualları ətraflı cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024