Şəkidə fermer təsərrüfatlarında təkrar qarğıdalı əkinlərinin aparılması mövzusunda tarla müşavirəsi keçirilib. Müşavirədə Kənd Təsərrüftı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Bitkilərin monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsi, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi, Şəki Regional Aqrar Elm İnnovasiya Mərkəzinin mütəxəssisləri və fermerlər iştirak edib.
Şəki rayonunda fermer Hikmət Hacısalmanovun əkin sahəsində keçirilən tarla müşavirəsində 20-yə yaxın fermerə təkrar qarğıdalı əkininin aparılmasının üstülükləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, təkrar qarğıdalı əkini aparan fermerlərə 86 manat subsidya verilir.
Görüş zamanı fermerlərə minimal becərmədən istifadə etməklə, yəni şum aparılmadan torpağı 10-12 sm dərinlikdə ağır mala ilə diskləməklə səpin aparılıb. Bu texnologiya ilə torpaqda olan nəmliyin mühafizəsi təmin olunur ki, bu da toxumun zamanında cücərməsinə imkan yaradır. Bu becərmə üsulunun digər üstün cəhəti odur ki, çəkilən xərclər azalır, istehsal olunan məhsulun maya dəyəri aşağı düşür, eyni sahədən ildə iki dəfə məhsul götürməyə imkan yaranır.
Fermerlərə yüksək məhsul almaları üçün səpinlə birgə hektara 100-120 kq ammofos gübrəsinin verilməsi tövsiyə edilib. Vegetasiya dövründə təkrar qarğıdalı əkinlərində qənaətedici suvarma sistemlərində istifadə etmənin üstünlükləri, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri haqqında da geniş məlumat verilib.
Görüş zamanı fermerlərin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparlıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024