Şəki rayonunda fermerlərə “Yem bitkilərində aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim-seminar keçirilib.
Təlimi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Zamanova Rəhminə keçib.
Təlimdə Şəki rayonundan heyvandarlıqla məşğul olan 17, Qax rayonundan isə 16 fermer iştirak edib. Təlim iştirakçılarına müxtəlif yem bitkilərinin qarışıq səpin sistemində və yaşıl konveyer üsulu ilə becərilməsində innovativ qulluq işlərinin vaxtında yerinə yetirilməsi, yemin vaxtında tədarük edilməsinin düzgün təşkil edilməsi, həyata keçirilən tədbirlər zamanı təhlükəsizlik qaydalarına düzgün əməl olunması ilə bağlı məsələlərə aydınlıq gətirilib və bu mövzu geniş müzakirə edilib.
Heyvandarlıqla məşğul olan sahibkarlar, əsasən də arıçı femerlər tərəfindən verilmiş suallar ətraflı cavablandırılıb, yaxşı bal verən yem bitkiləri haqqında ətraflı məlumat verilib.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024