Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən rayonlarının ardınca növbəti səyyar satış mart ayının 18-də Şəmkir rayonunun Çənlibel kəndində baş tutub. Səyyar satış zamanı Çənlibel və ətraf kəndlərdən 55 vətəndaş müraciət edərək 22,850 ton ammonium nitrat, 9 ton nitroammafoska, 600 kq ammofos ümumilikdə 32,450 ton mineral gübrə ediblər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə ediblər.
Sabah mart ayının 19-da Qazax rayonunun Alpout kəndində növbəti səyyar satış keçiriləcək.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024