Sentyabr ayında “Aqrolizinq” ASC tərəfindən rayonlarda ərazisində güzəştli qiymətlərlə səyyar gübrə satışı həyata keçirilib. Səyyar satışlar rayon mərkəzindən uzaq məsafələrdə yerləşən kəndlərdə həyata keçirilir. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısını almaq, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Xaçmaz, Kürdəmir, Hacıqabul rayonlarında keçirilən səyyar gübrə satışından 977 vətəndaş yararlanıb. Güzəştli qiymətlərlə səyyar gübrə satışı mövsümün sonuna kimi bütün regionları əhatə etməklə, həyata keçiriləcək.
Səyyar satış zamanı qaydalarda və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banka getməsinə ehtiyac qalmır.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin xidmətlərin təşkil olunacağı kəndlər barəsində Aqrolizinq ASC-nin rəsmi sosial şəbəklərini izləyərək, elanlarla tanış olmaq mümkündür.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024